Əsas məzmuna keç

14 yaşlı Azər Məcidov dənizdə qıcolma keçirərək vəfat etdi

Novxanı çimərliyində daha bir bədbəxt hadisə baş verib.

Tezadlar.az xəbər verir ki, 14 yaşlı Azər Məcidov dənizdə çimərkən, qəfil qıcolma (epileptik tutma) keçirib.

Yaxınlıqda olanlar dərhal köməyə gəlsələr də, yeniyetmənin durumu ağır olub. O təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, dünən həmin çimərlikdə Xırdalan şəhər sakini olan məktəblilər-2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batmışdı.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…