Əsas məzmuna keç

17 YAŞLI QIZ ANTİBİOTİK İYNƏSİNİN QURBANI OLDU

17 yaşlı qız Moskva yaxınlığındakı Şçelkovodakı mənzildə antibiotik iynəsindən sonra qəfil dünyasını dəyişib.

Bu barədə REN TV məlumat verib.

Məlumata görə, qız xəstələnib və anası vəziyyəti yüngülləşdirmək üçün ona lidokainli antibiotik iynəsi vurub.

“İynədən sonra o, huşunu itirib”, – deyə mənbə bildirib.

Qorxuya düşən valideyn təcili yardım çağırıb. Zəngə gələn həkimlər kliniki ölüm olduğunu bildirərək 30 dəqiqə ərzində qızı reanimasiya etməyə çalışsalar da, təəssüf ki, heç bir nəticə verməyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…