Əsas məzmuna keç

18 yaşlı Hamza Kərim “Barselona” yolunda

İspaniyanın “Barselona” klubu gələcəkdə Robert Levandovskini əvəzləmək məqsədilə misirli gənc futbolçunun transferi ilə bağlı razılığa gəlib.

Tezadlar.az-ın məlumatına görə, katalon təmsilçisinin diqqət mərkəzində 18 yaşlı hücumçu Hamza Kərim dayanır.

Bildirilir ki, klub rəhbərliyi futbolçu və onun agenti ilə bir neçə görüş keçirib və aparılan danışıqlardan sonra tərəflər razılaşma əldə ediblər.

Hazırda “Barselona” Hamza Kərimin transferini rəsmiləşdirmək üçün onun çıxış etdiyi Misir klubu ilə danışıqları davam etdirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…