Son dövrlər «Qarabağ» klubunun yerli və xarici turnirlərdə uğurlu çıxışı da, təkcə onun idman göstəricilərinə deyil, qazancına da təsirini göstərir.
Beləliklə, Tezadlar.az xəbər verir ki, 2024-cü ildə ən çox mənfəət əldə edən klub «Qarabağ Futbol Klubu»dur. Qarabağlılar 2024-cü ilin nəticələrinə görə, 876 min 900 manat xalis mənfəət açıqlayıb. 2024-də komanda bir il əvvəlki zərəri mənfəətə çevirə bilib. Belə ki, «Qarabağ» 2023-cü ili 1 milyon 782 min manat zərərlə başa vurmuşdu.
fed.az







