Əsas məzmuna keç

23 JURNALİST RUSİYA İŞĞALININ QURBANI OLUB-UKRAYNADA

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən indiyədək Ukraynada 23 jurnalist öldürülüb.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib. Onun sözlərinə görə, bu gün məlum olub ki, jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Vera Qiriç Rusiyanın Kiyevdəki yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölüb. “O, fevralın 24-dən bəri Rusiyanın hərbi müdaxiləsi nəticəsində həyatı yarımçıq qalan 23-cü media işçisi oldu”.

Jurnalistlər əsasən mülki əhali yaşayan ərazilərdə olub, lakin Rusiya ordusu hara gəldi raket zərbəsi endirdiyindən jurnalistlər həlak olublar…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…