4 Yanvar 2026 / 12:30

2025-ci ildə AAK 37 nəfərə elmlər doktoru adı verilməsindən imtina edilib

Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb. Tezadlar.az Prezident yanında Ali Attestasiya Komissiyasına istinadla bildirir ki, ötən il 474 nəfərə fəlsəfə doktoru elmi adı verilib, 284 nəfər isə sözügedən elmi dərəcə ilə bağlı imtina cavabı alıb. Elmlər doktoru elmi dərəcəsi isə keçən il 82 nəfərə verilib. 2025-ci ildə 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!