Əsas məzmuna keç

3 AY ƏRZİNDƏ AZƏRBAYCANA 7 MİNDƏN ÇOX AVTOMOBİL İDXAL EDİLDİ – TƏKCƏ GÜRCÜSTANDAN

2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 99,68 milyon ABŞ dolları dəyərində 7 348 ədəd avtomobil ixrac edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin Hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 910 ədəd və ya 14,13%, dəyəri isə 48,79 milyon dollar və ya 95,9% çoxdur. Belə ki, 2022-ci ilin birinci rübündə Gürcüstan Azərbaycana ümumi dəyəri 50,89 milyon dollar olmaqla 6 438 ədəd avtomobil ixrac edib.

24News.ge

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…