Əsas məzmuna keç

32 ildən sonra Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salındı

Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb. Dövlət Qaçqınkom-dan Tezadlar.az-a bildirilib ki, rayonun Xanyurdu kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülür. Beləliklə, bu köçlə Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələrin sayı 69-a (237 nəfər) çatacaq.

Yurda qayıdışımız əbədi olsun!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…