Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Tezadlar.az xəbər verir ki, yığma 3-cü yer uğrunda görüşdə Sloveniya seçməsi ilə qarşılaşıb.
Rəqibinə 21:18 hesabı ilə qalib gələn milli komanda bürünc mükafata sahib çıxıb.







