Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Aprel 2026 / 22:00

Nazir 4 saylı “türmə” rəisini vəzifədən azad etdi-SƏBƏB NƏDİR?

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Nazirlikdən Tezadlar.az- a bildirilib ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, müəssisəsinin rəisi Elgiz İsmayılov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Müəssisənin rəisi vəzifənin icrası müvəqqəti olaraq 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Vaqif İsmayılova həvalə edilib. Məlumatı Ədliyyə Nazirliyindən tezadlar.az-a bir daha təsdiq ediblər.

Maraqlıdır ki, 4 saylı cəzaçəkmə müəssisndə xidməti yoxlama başlaması barədə məlumat da var. Rəisin fəaliyyətindən çoxsaylı şikayətlərin olduğu deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!