Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cari ilin 6 ayı ərzində AQTA tərəfindən 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib.
Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
Onun sözlərinə görə, ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb: “Nöqsanları aradan qaldıran 95-nin fəaliyyəti bərpa olunub. Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət, o cümlədən 432 kiloqram at əti məhv edilib.