Əsas məzmuna keç

5 kiloqrama yaxın narkotika aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Tezadlar.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunda həyata keçirilən tədbirlər zamanı 42 yaşlı S.Əlizadə və əvvəllər məhkum olunmuş 43 yaşlı İ.Hüseynzadə saxlanılıblar. S.Əlizadənin idarə etdiyi avtomobildən və İ.Hüseynzadənin yaşadığı evin zirzəmisindən ümumi çəkisi 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…