Əsas məzmuna keç

5 mart “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və birgə təşəbbüsü ilə “Hərbi Qənimətlər Parkı”nda “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Təzadlar”a bildirilib ki, aksiyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman ictimaiyyətinin, Deflimpiya Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və ekokönüllülər iştirak edib. “Çempionlar Xiyabanı”nın yaradılması məqsədilə 100 ədəd Eldar şamı ağacı əkilib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…