14 Mart 2026 / 08:08

500 ABŞ və İsrail hərbi hədəfinə hücumlar həyata keçirilib – İran ordusu

İran ordusu müharibənin əvvəlindən bəri 500 ABŞ və İsrail hərbi hədəfinə hücum etdiklərini və 700-dən çox drondan istifadə edildiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA İnqilab Keşikçiləri Korpusunun yazılı açıqlamasını dərc edib.

“Müharibənin əvvəlindən bəri 60 strateji hədəfə və 500 ABŞ və İsrail hərbi hədəfinə 700-dən çox pilotsuz uçuş aparatı (PUA) və yüzlərlə raket istifadə edərək hücumlar həyata keçirilib”, – məlumatda deyilir.

Məlumatda istifadə edilən PUA-ların növü və ya raketlərin sayı və xüsusiyyətləri barədə məlumat verilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!