Əsas məzmuna keç

500 nəfər casusluq şübhəsi ilə həbs edilib- İRANDA

Təbii ki, müharibəyə cəlb edilmiş ölkələrdə cəsusluqla mübarizə müharibədə uğurun yarısı deməkdir. İran hüquq-mühafizə orqanları da düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfəri saxlayıb. Tezadlar.az CNN- Türkiyə xəbər verir ki, bu barədə İran polisinin rəisi Rza Radan məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxslər məlumatları düşmən tərəfə və anti-İran KİV-lərinə ötürməkdə şübhəli bilinirlər. “Düşmənə və İran əleyhinə fəaliyyət göstərən mediaya məlumat ötürən 500 casus saxlanılıb. Onlardan 250-si mühüm fiqurlar olub. Onlar hədəflərə zərbə endirilməsi üçün məlumat verib, müxtəlif qruplarla əlaqə saxlayıb və ictimai asayişi pozmağa çalışıblar”.

Bu arada İranın yeni dini liderinin Ermənistandan keçməklə Rusiyaya getdiyi deyilir… Belə ki, sosial mediada çoxsaylı belə faktlar qeyd edilir. Xameneinin İranda görünməməsi də bu şübhələri təsdiqləyir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…