Sümük sıxlığı osteoporoz riskinin əsas göstəricisidir
Alimlər 65 yaşdan yuxarı qadınlarda qəhvə və çayın sümük sağlamlığına təsirini araşdırmaq üçün genişmiqyaslı bir araşdırma aparıblar.
Tezadlar.az xəbər verir ki, “Verywellhealth”-ə görə, tədqiqatçılar 10 il ərzində 10.000 qadını izləyiblər və çay içən qadınların budlarında ümumi sümük sıxlığının içməyənlərə nisbətən bir qədər yüksək olduğunu aşkar ediblər.
Sümük sıxlığı osteoporoz riskinin əsas göstəricisidir, bu da sınıq ehtimalını artırır və həyat keyfiyyətini aşağı sala bilər.
Tədqiqat iştirakçıları on ildir çay və qəhvə istehlak etdiklərini bildiriblər, tədqiqatçılar isə sınıqların ən çox rast gəlindiyi bölgələrdə – bud və omba nahiyələrində sümük sıxlığını müntəzəm olaraq ölçüblər. Çay içən qadınlarda ümumi sümük sıxlığı bir qədər yüksək olub.
“Sümük sıxlığında kiçik irəliləyişlər belə böyük qruplarda sınıqların azalmasına səbəb ola bilər”, – tədqiqatın müəllifi Envu Liu şərh edib.
Qəhvə sümüklərə necə təsir edir
Tədqiqatçılar həmçinin gündə 2-3 stəkan qəhvə içməyin sümük sağlamlığına heç bir təsir göstərmədiyini, gündə 5 stəkandan çox içməyin isə sümük sıxlığının azalması ilə əlaqəli olduğunu aşkar etdilər.
Lakin başqa bir araşdırmada genetik analiz göstərdi ki, daha çox qəhvə istehlakı osteoporoz riskinin azalması ilə əlaqələndirilir. Daha çox kofein qəbul edən insanlarda kofein qəbulu az olanlarla müqayisədə osteoporoz riski təxminən 60% daha aşağı idi.
Çay sümük sağlamlığı üçün niyə faydalıdır?
Çayın tərkibində katexinlər və teaflavinlər adlanan təbii birləşmələr var ki, bu da sümük əmələ gəlməsini təşviq edə və sümük parçalanmasını yavaşlada bilər. Tədqiqatçılar qəhvənin kalsiumun udulmasına və sümük metabolizmasına mane ola biləcəyini irəli sürürlər, lakin bu təsir minimaldır. Qəhvəyə süd əlavə etmək bu təsiri azaltmağa kömək edə bilər.
Dietoloq Julie Stefanskinin sözlərinə görə, xüsusilə yaşıl çayda ən çox miqdarda katexinlər və teaflavinlər ola bilər.
Daha çox çay, daha az qəhvə içməkmi?
Stefanski bildirib ki, tədqiqatlar əksər yetkinlər üçün gündə 3-4 stəkan şəkərsiz çay içməyi dəstəkləyir.
Lakin digər içkilərlə yanaşı 3-4 stəkan çay içmək tualetə getmə tezliyini artıra bilər.
Stefanski bildirib ki, yaşlı yetkinlər qəhvə qəbulunu məhdudlaşdırmalıdırlar, amma sümük sağlamlığı naminə yox. “Bəzi yaşlı yetkinlər qəhvəni həddindən artıq qəbul etməyə meyllidirlər. Bu, tez-tez daha qidalı qidaları yerindən tərpədir, mədə pozğunluğuna səbəb ola bilər və artıq kofein təbii yuxu rejimini poza bilər”, – deyə o izah edib.
E.ŞİRİNOV

