Əsas məzmuna keç

Mehmet Ali Erbil toyunda Serdar Ortaça sərt sözlər dedi

Xəbər verdiyimiz kimi, 68 türkiyəli şoumen Mehmet Əli Ərbil 26 yaşlı sevgilisi Gülseren Ceylanla evlənib.

Tezadlar.az xəbər verir ki, Mehmet Ali Erbil və Gülseren Ceylanın toyunda ən diqqət çəkən hadisə isə Ərbilin şahid kimi təyin etdiyi Serdar Ortaçın məclisdə iştirak edə bilməməsi olub.

Toydan sonra mətbuatın suallarını cavablandıran Ərbil Ortaça sərt sözlər deyib: “Yuxuya getdi, toya gələ bilmədi. Mənəviyyatı yoxdur. Ömrü boyu tək qalacaq”.

Ərbilin bu açıqlaması qısa zamanda sosial mediada trend mövzusuna çevrilib. İzləyicilər məşhur şouçunun dostuna qarşı məyusluğunu müzakirə edir, lakin Serdar Ortaç hələlik şərh verməyib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…