11 Fevral 2026 / 19:01

9 dəqiqəlik güclü rentgen partlayışı müşahidə olunub

Fevralın 11-də Günəşin aktiv bölgəsində üç güclü partlayış baş verib.

Tezadlar.az xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, 4 366 Günəş ləkəsi qrupunda M1.2, M1.1 və M1.4 gücündə partlayışlar qeydə alınıb.

Həmçinin, Moskva vaxtı ilə saat 03:57-də (Bakı vaxtı ilə saat 04:57 – red.) 4 366 Günəş ləkəsi qrupunda (N17W87) rentgen diapazonunda 9 dəqiqə davam edən M1.4 partlayışı müşahidə olunub”, – deyə məlumatda bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!