24 İyul 2026 / 12:55

90 millət vəkili CHP-dən istefa verdi-“Yeni Partiya”ya qoşuldular! -SƏBƏB

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özel və onu dəstəkləyən 90 millət vəkili partiyadan istefa verib. Bu barədə NTV məlumat yayıb. Özgür Özel istefasını Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında açıqlayıb. Bildirilib ki, istefa verən 91 deputat yeni siyasi partiyanın təsisçiləri sırasında yer alacaq. Özel yeni partiyanın texniki qeydiyyatının millət vəkillərinin iştirakı ilə həyata keçirildiyini, siyasi fəaliyyətə isə avqust-sentyabr aylarında rəsmi start veriləcəyini açıqlayıb. O, yeni partiyanın adının “Yeni Partiya” olacağını deyib.

Qeyd edək ki, son günlər Özgür Özelin yeni siyasi partiya yaradacağını açıqlamasından sonra CHP-də istefalar dalğası müşahidə olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!