Belçikalı model Vircini Filippo FIA (Beynəlxalq Avtomobil Federasiyası) prezidenti postu uğrunda mübarizəyə qoşulub.
Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, 33 yaşlı gözəl “Miss Belgium 2012” və “Miss International 2017” müsabiqələrində iştirak etməklə tanınır. O, həmçinin Konqo Demokratik Respublikasında kimsəsiz uşaqlara kömək edən və təhsili dəstəkləyən Drive For Hope assosiasiyasını təsis edib.









