15 Noyabr 2025 / 11:54

Kafe və restoranlarda da pul xərcləmələr artıb – ötən ilkindən 13,2 faiz çox

2025-ci ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 faiz artaraq 2 milyard 239,3 milyon manat olub.

Tezadlar.az   Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,0 faiz artaraq 1135,0 milyon manat olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!