…55 illik həyatında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) birinci sədri, daha sonra isə Azərbaycan SSR Xalq Komissarları Şurasının birinci sədri olmaqla yanaşı, “Bahadur və Sona”, “Nadir şah”, “Nadanlıq”, “Şadman bəy” kimi dəyərli ədəbi əsərlərə də imza atmış N. Nərimanova sadiqliyi ilə seçilən Gülsüm xanım ömrünün sonuna kimi onun ideologiyası uğrunda mübarizə apardı.
Şamaxıda seyid və tacir ailəsinin qızı olan Gülsüm xanımla Nəriman Nərimanov 1915-ci ilin yayında rəsmi nikaha daxil olub. Onların evlənməsinə bəzi mənbələr fərqli yanaşıb. İddia edilir ki, Nərimanov varlı tacir ailəsindən olan bu xanımla tamam ayrı məqsədlə evlənib. Sübut kimi isə maarifçi ziyalılardan olan İsa bəy Aşurbəylinin bir arxiv sənədi göstərilir:
“Hələ inqilabdan əvvəl yoldaş Nərimanov ondan yaşca iki dəfə gənc, vərəmli, cılız və üstəlik eybəcərin birisi olan baldızım Sona xanımla evlənmək istəyirdi. Baldızımın nağd 20 min manata qədər cehizi vardı. Nərimanovun maddi səbəbdən evlənmək istəməsinə qəzəbləndim və bu evliliyə razılıq verilməsinə qoymadım. Bundan sonra Nərimanovla aramızda anlaşılmazlıq yarandı və salamməleyki də kəsdik. Mənə yenidən “Hümmət”ə keçmək təklif edildikdə Nərimanov şəxsimə qarşı yetərincə ciddi müxalifət hazırladı ki, Bakı varlılarının övladlarının proletar təşkilatına qəbul etməyə ehtiyac yoxdur”.
Bu izahatdan məlum olur ki, Nərimanov sırf ailə qurmaq naminə yox, nəsə gəlir əldə etmək fikrində imiş. 44 yaşlı Nərimanov 15 yaşlı Gülsümlə evlənir. Özündən təqribən 30 yaş kiçik olan Gülsüm xanımla evlənmək Nərimanova məhz bu səbəbdən lazım imiş.
Nərimanovun gərgin iş qrafiki, iş yerinin tez-tez dəyişdirilməsi, rəhbərlər arasında barışıq və ixtilaflar onun ailəsinə də mənfi təsir göstərirdi. Nərimanov dövlət işlərinin icrası səbəbindən Həştərxan, Bakı və daha sonra da Moskvada yaşamalı olub. Ailənin yeganə övladı Nəcəf də 1919-cu ilin dekabrında Moskvanın qarlı-şaxtalı bir günündə dünyaya gəlib. Nəcəf hələ 5 yaşında olanda Nərimanov ona məktub yazıb etirafda bulunmuşdu.
Gülsüm xanım övlad sahibi olandan sonra bütün diqqətini oğlunun tərbiyəsinə yönəldib. Çox keçmir ki, Nəriman Nərimanov vəfat edir. Cəmi 6 yaşlı övladı ilə qalan Gülsüm xanımın ailə faciəsi başlayır.
Əsas Səhifə Məqalələr Məşhur şəxslər
MəqalələrMəşhur şəxslər
Nərimanovun həyat yoldaşının faciəsi
26/03/2014
“Onunla tam başqa məqsədlə evlənmişdi”
İşlədiyiniz bankı və ya şirkəti təqib edin
55 illik həyatında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) birinci sədri, daha sonra isə Azərbaycan SSR Xalq Komissarları Şurasının birinci sədri olmaqla yanaşı, “Bahadur və Sona”, “Nadir şah”, “Nadanlıq”, “Şadman bəy” kimi dəyərli ədəbi əsərlərə də imza atmış N. Nərimanova sadiqliyi ilə seçilən Gülsüm xanım ömrünün sonuna kimi onun ideologiyası uğrunda mübarizə apardı. Gülsüm xanımın faciəli həyatını elə Nərimanovun “əl işi” kimi göstərmək olar.
Şamaxıda seyid və tacir ailəsinin qızı olan Gülsüm xanımla Nəriman Nərimanov 1915-ci ilin yayında rəsmi nikaha daxil olub. Onların evlənməsinə bəzi mənbələr fərqli yanaşıb. İddia edilir ki, Nərimanov varlı tacir ailəsindən olan bu xanımla tamam ayrı məqsədlə evlənib. Sübut kimi isə maarifçi ziyalılardan olan İsa bəy Aşurbəylinin bir arxiv sənədi göstərilir:
“Hələ inqilabdan əvvəl yoldaş Nərimanov ondan yaşca iki dəfə gənc, vərəmli, cılız və üstəlik eybəcərin birisi olan baldızım Sona xanımla evlənmək istəyirdi. Baldızımın nağd 20 min manata qədər cehizi vardı. Nərimanovun maddi səbəbdən evlənmək istəməsinə qəzəbləndim və bu evliliyə razılıq verilməsinə qoymadım. Bundan sonra Nərimanovla aramızda anlaşılmazlıq yarandı və salamməleyki də kəsdik. Mənə yenidən “Hümmət”ə keçmək təklif edildikdə Nərimanov şəxsimə qarşı yetərincə ciddi müxalifət hazırladı ki, Bakı varlılarının övladlarının proletar təşkilatına qəbul etməyə ehtiyac yoxdur”.
İ. Aşurbəylinin bu izahatından məlum olur ki, Nərimanov sırf ailə qurmaq naminə yox, nəsə gəlir əldə etmək fikrində imiş. Özündən təqribən 30 yaş kiçik olan Gülsüm xanımla evlənmək Nərimanova məhz bu səbəbdən lazım imiş.
O, həm də çadranı ilk atanlardan biri idi…
Baba ALLAHNƏZƏROV,
Tədqiqatçı