Xətai rayonunda yerləşən idman zallarından birində səhər saatlarında oğurluq edilib. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Naməlum şəxs obyektə daxil olaraq 8500 manat dəyərində geyim, idman əşyaları və kompüter ələ keçirib. Keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əməllərə görə məhkum olunmuş 41 yaşlı V. Məmmədov saxlanılıb.
***
Xəzərdə də oğurluq əməlini törədən saxlanılıb. Binə qəsəbə sakininin həyətyanı sahəsindən 1000 manat dəyərində təmir-tikinti alətlərini oğurlayan, əvvəllər məhkum olunmuş 41 yaşlı Z. Əliyev də polis tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalar davam edir.
Göründüyü kimi, hər iki halda oğurluğu edən keçmiş məhkumdur. Bu artıq o deməkdir ki, məhkumlar azadlığa çıxanda aidiyyəti qurumlar onların həyat-yaşam tərzini nəzarətə götürməli, onları faydalı işə cəlb etməlidir ki, işləsinlər, bekar qalmasınlar. Çünki ac qılınca çapar!
A.Məmmədli