Qahirənin qərbindəki Giza dairəvi yolunda 31 nəfərin ölümünə və 21 nəfərin yaralanmasına səbəb olan qəzanı törətməkdə ittiham olunan sürücü həbs edilib.
Tezadlar.az xəbər verir ki, Misir Prokurorluğu sosial media hesabında hadisə yerində lazımi araşdırmaların aparıldığını və şahidlərin dindirildiyini bildirib.
Məlumatda şübhəlinin “Mərc rayonu istiqamətində saatda 110 kilometr sürətlə hərəkət etdiyini, ötmə zamanı tankerin sağ arxa hissəsinə sol ön hissəsi ilə dəydiyini, nəticədə tankerin aşdığına və yanacağın dağılıb yandığına” etiraf etdiyi vurğulanıb.
Məlumatda sürücünün dindirildiyi və zərərin qiymətləndirilməsi prosedurlarının davam etdiyi əlavə edilib.
Dünən axşam Qahirənin qərbindəki Gizanın Varraq bölgəsindəki dairəvi yolda neft daşıyan tankerin aşması nəticəsində baş verən yanğında 31 nəfər ölüb, 21 nəfər yaralanıb.
ELBAR







