2 Dekabr 2025 / 17:07

Məktəblərdə mobil telefonların istifadəsi qadağan edilir- ƏLA!

Tədris mühitinə diqqətin artırılması və şagirdlərin prosesə tam cəlb olunması məqsədi ilə məktəblərdə mobil telefonların istifadəsi qadağan olunacaq. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki,  bu barədə ölkənin təhsil naziri Givi Mikanadze ümumi təhsil islahatının təqdimatında bildirib. Onun sözlərinə əsasən, yeni qaydaların hazırlanması nəzərdə tutulur və onlar xüsusi standart əsasında tətbiq ediləcək: “Qayda elə hazırlanacaq ki, həm tədris prosesi zərər görməsin, həm də uşağın valideyni və ya onun üçün önəmli şəxslə əlaqə yaratmaq imkanı məhdudlaşdırılmasın”, – deyə Mikanadze bildirib.

Bəli, məktəblinin məşğul olduğu, başını qatmalı olduğu yeganə şey kitabdır! Dərs kitabı…

ELŞAD

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!