3 Dekabr 2025 / 10:36

Vüqar Bayramov Urumçidə keçirilən Tyanşan Forumunda iştirak edir

Məlum olduğu kimi, ötən gün Çin Xalq Respublikasının Urumçi şəhərində Mərkəzi Asiyada İqtisadi Əməkdaşlıq üçün Tyanşan Forumu öz işinə başlayıb.
Tədbirdə Çin Xalq Respublikasının maliyyə naziri daxil olmaqla bir sıra hökumət üzvləri ilə yanaşı, region dövlətlərinin rəsmilləri və beyin mərkəzlərinin rəhbərləri iştirak edir.
Forumun əsas məqsədi regional əlaqələrin gücləndirilməsi və sərmayələrin təşviq edilməsidir.
Tezadlar.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında bildirib.
“Bütövlükdə, foruma CAREC çərçivəsində regional investisiyaların gücləndirilməsinə, infrastrukturun təkmilləşdirilməsinə və ticarət dəhlizlərinin genişləndirilməsinə yönəlmiş forumda üzv hökumətlərdən, özəl sektordan və beynəlxalq təşkilatlardan 300-dən çox nümayəndə qatılıb”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!