10 Dekabr 2025 / 10:44

Qəssablara şad xəbər: Gürcüstan inəkləri Azərbaycana gəlir-qadağa götürüldü!

Bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qərarı ilə Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına məhdudiyyəti tətbiq edilmişdi. Buna görə də ticari əməkdaşlıqda ətin mübadiləsində çətinliklər yaranmışdı. Buna görə də Azərbaycan, hətta Monqolustandan belə qoyun əti almağa məcbur olmuşdu.

Artıq Gürcüstanla olan qadağa aradan qaldırıb. Tezadlar.az Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinə istinadla qeyd edir ki, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və epizootoloji monitorinqin nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir. Həmçinin baytarlıq- sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.

Beləliklə, qəssablarımız ürəyini buz kimi saxlaya, alıcılar isə ətin qiymətində enməni görə bilərlər.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!