Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

25–27 yanvar 2026-cı il tarixlərində Çinin paytaxtı Pekin şəhərində Beynəlxalq Ticarət və İnvestisiya Konfransı keçiriləcək.
Tezadlar.az Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına istinadən xəbər verir ki, “Huahe International” və İpək Yolu İqtisadi Alyansı tərəfindən təşkil olunan tədbir “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində ölkələr və regionlar arasında işgüzar əlaqələrin inkişafına xidmət edir.
Konfrans kənd təsərrüfatı, maşınqayırma, tikinti, bərpaolunan enerji, səhiyyə, yüngül sənaye, İKT, avtomobil istehsalı və digər sahələri əhatə edəcək. Tədbir sahibkarları, dövlət qurumlarının nümayəndələrini və sahə liderlərini bir araya gətirərək təcrübə mübadiləsi, tərəfdaşlıqların qurulması və yeni biznes layihələrinin təşviqi üçün unikal platforma yaradır.
Konfransda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı telefon nömrəsi və ya elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər:
Əlaqələndirici şəxs: Aytac Talıblı
Tel: +994 12 465 76 92 / 107
E-mail: atalibli@ask.org.az