11 Dekabr 2025 / 12:45

“PAYSİS”İN QUMARBAZLARININ ÖZLƏRİNƏ VƏ ƏMLAKLARINA HƏBS QOYULDU

Qumarbazlığın sonu belə də olmalı idi: Mərkəzi Bank qumar oyunlarına görə bütün ödəniş əməliyyatları dayandırılan “Paysis” MMC-nin rəhbəri Samir Nəsibovun əmlaklarına da həbs qoyub. Tezadlar.az xatırladır ki, onun əmlaklarına həbs qoyulması ilə bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə qərar verilib.

Qeyd:  onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bu da qumarbazlığın sonu!

Xatırlatma: Milli Bankın dekabrın 2-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib. Dövlət ittihamçısının vəsatəti təmin olunub. Hər üç təqsirləndirilənin – Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında həbs olunublar.
ELBAR
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!