Bu gün Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb. Dövlət Qaçqınkom-dan tezadlar.az-a bildirilib ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə – 18 nəfər, Ballıca kəndinə 9 ailə – 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə – 51 nəfər köçürüləcək.
Yurda qayıdışımız mübarək!







