Əsas məzmuna keç

Azərbaycan əleyhinə çıxış edən Oqtay Saral vəzifəsindən çıxarıldı

Nəhayət, Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib. Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, türkiyəli jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini X hesabında yazıb. Jurnalistin sözlərinə görə, o, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub. Saral cavabında “Bəli” deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib. “Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral bildirib. Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.

Artıq Türkiyə mediası faktı təsdiqləyən məlumatlar paylaşmaqdadır.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…