11 Dekabr 2025 / 13:41

Gömrük Komitəsində post rəisi həbs edildi-RÜŞVƏTİN BƏLASI

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov həbs edilib. Tezadlar.az xəbər verir ki, Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış cinayət işi çərcivəsində saxlanılıb. Faktı Baş Prokurorluğun mətbuat xidmətindən “Təzadlar”a təsdiqləyiblər və bildirilib ki, cinayət işi ilə bağlı tezliklə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini general-leytenant Cəbrayıl Usubovun oğludur.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!