Əsas məzmuna keç

BAKIDA LİFTDƏ KÖMƏKSİZ QALAN 9 NƏFƏR ÇIXARILIB

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Nərimanov, Yasamal və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub.

Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, dərhal çağırış ünvanlarına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

9 nəfərin liftdən çıxarılması təmin edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…