25 Dekabr 2025 / 11:20

DTX süni qiymət artımını araşdırmağa başladı

Süni qiymət artımı artıq dövləti məsələyə keçir. Çünki dövlət tərəfindən sərbəstlik, eləcə də yatırımlar, subsidiyalar verilmiş iş adamları əksər hallarda ölkədə ərzaq təhlükəsizliyini deyil, daha çox qazancı düşünürlər…

***

Budur, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) istehlak qiymətləri ilə bağlı məsələnin ətraflı araşdırılmasına başlayır. Tezadlar.az xəbər verir ki, bu barədə DTX-nin rəhbərinin birinci müavini Laşa Mağradze məlumat verib. Onun sözlərinə görə, qurum öz səlahiyyətləri çərçivəsində Gürcüstan vətəndaşlarının maraqlarına və ölkənin iqtisadi təhlükəsizliyinə zərər vuran istənilən qanunsuz əmələ qarşı ciddi hüquqi reaksiya göstərəcək. Laşa Mağradze bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti istehlak qiymətləri ilə bağlı məsələnin detallı şəkildə öyrənilməsinə başlayır və vətəndaşların maraqlarına, eləcə də ölkənin iqtisadi təhlükəsizliyinə ziyan vuran hər bir qanunsuz hərəkətə müvafiq hüquqi tədbirlər görüləcək. Qeyd edək ki, ötən gün Baş nazir İrakl Kobaxidze istehlak qiymətləri ilə bağlı yayımladığı videomüraciətdə hökumətin distribütor şirkətlər və market şəbəkələrinin nümayəndələri ilə fəal şəkildə işləyəcəyini bildirib.

Baş nazirin sözlərinə görə, məqsəd əhali üçün qiymətlərin azaldılmasına nail olmaqdır. İrakli Kobaxidze həmçinin parlamentə müraciət edərək, məsələnin qiymətləndirilməsi üçün xüsusi parlament komissiyasının yaradılmasını təklif edəcəyini qeyd edib. Bununla yanaşı, o, hüquq-mühafizə orqanlarını istehlak qiymətləri ilə bağlı vəziyyətin dərindən araşdırılmasına çağırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!