Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda da sevilərək izlənilən “Uzak şehir” serialının baş rol qəhrəmanlarından Cihan Alboranın – Ozan Akbabanın ailəsi ilə bağlı narahatedici xəbər yayılıb.
Məlumata görə Türkiyəli aktyor Ozan Akbabanın həyat yoldaşı Buket Akbabanın səhhətində yaranmış problemə görə “Uzak şehir” serialının çəkilişləri dayandırılıb.
Tezadlar.az xəbər verir ki, həyat yoldaşının müalicə dövründə Ozan İstanbuldakı xəstəxanada xanımının yanında qalacaq.
Buket Akbaba xəstəxanadan çıxana qədər aktyor onu tək qoymayacaq.
Qeyd edək ki, aktyorun həyat yoldaşı ötən gün ürəyindən əməliyyat olunub.