Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çin Xalq Respublikası Azərbaycana minatəmizləmə ilə bağlı maliyyə yardımı edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
“Çin ilə Azərbaycan arasında əməkdaşlıq təkcə qarşılıqlı faydalı deyil, həm də hər iki ölkə xalqlarının xeyrinədir. İki ölkə başçıları tərəfindən imzalanmış humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi çərçivəsində Çin Azərbaycan Minatəmizləmə Agentliyinə 2 milyon yuan (284 000 ABŞ dolları) məbləğində maliyyə yardımı göstərib. Bu da Azərbaycanın minatəmizləmə potensialının gücləndirilməsinə, azad edilmiş ərazilərin bərpasına və yerli sakinlərin təhlükəsizliyinin təmin edilməsinə yardım məqsədi daşıyır”, – o qeyd edib.