26 Dekabr 2025 / 11:58

Aqrar sahədə çalışanlara verilən kreditin məbləği ötən ilkindən 39,4 faiz çox olub

Bu ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6420 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Tezadlar.az  Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən xəbər verir ki, cari ilin 11 ayında aqrar sektorda fəaliyyət göstərən şəxslərə 4563 müraciət üzrə 89,8 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə kredit alanların sayı 32,7 faiz, kredit məbləği isə 39,4 faiz artıb.

Kredit məbləğinin təyinatı üzrə bölgüsü:

Texnika və avadanlıq təyinatlı kreditlər – 51,1 milyon manat (+5,8 faiz)

Güzəştli kreditlər – 19,9 milyon manat (+18,1 dəfə)

Mikrokreditlər – 18,8 milyon (+25,3 faiz)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!