29 Dekabr 2025 / 11:19

ABŞ-da vertolyot toqquşması nəticəsində bir nəfər ölüb

Digər bir nəfər yaralanıb

Nyu-Cersi ştatının Hammonton şəhəri yaxınlığında iki vertolyot havada toqquşub və qəzaya uğrayıb. Bir nəfər ölüb, digəri isə yaralanıb.

Tezadlar.az bu barədə “The New York Post” qəzetinə istinadən xəbər verib.

Hadisə Hammonton hava limanı yaxınlığında baş verib. Toqquşmadan sonra vertolyotlardan biri meşəlik əraziyə, digəri isə şəhərə düşüb. Hadisə yerində yanğınlar və qatı qara tüstü yayılıb.

Nəşrin məlumatına görə, yaralı xəstəxanaya yerləşdirilib. Təyyarədə olan insanların dəqiq sayı hələlik məlum deyil.

Xilasedicilər və hüquq-mühafizə orqanları hadisə yerində işləyir. Qəzanın səbəbi araşdırılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!