7 Yanvar 2026 / 21:12

Robert Vikot vəfat etdi

Fransanın PSJ futbol klubunun ilk məşqçilərindən olan Robert Vikot 94 yaşında vəfat edib.

Tezadlar.az xəbər verir ki, Vikot 1970-ci illərin əvvəllərində paytaxt təmsilçisinin formalaşma illərində əsas rol oynayıb.

O, 1972-75-ci illər arasında PSJ-ni çalışdırıb. Vikot klubun üçüncü diviziondan birinci diviziona qədər yüksəlməsində xüsusi rol oynayıb.

Onun klubdakı işi PSJ-nin uzunmüddətli inkişafı üçün mühüm təməl hesab olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!