13 Yanvar 2026 / 16:05

Könül Kərimova Nazilə Səfərlini mahnıya görə “qara siyahı”ya atıbmış: “Düz etmişəm”

Azərbaycanın Əməkdar artisti Könül Kərimova Nazilə Səfərlinin ümvanına sərt sözlər deyib. 

Tezadlar.az  xəbər verir ki, qalmaqala səbəb N.Səfərlinin sözlərini yazdığı mahnını K.Kərimovanın oxumasına qadağa qoymasıdır.

Nazilə Səfərlinin “Könül Kərimovanın haqqı yoxdur ki, mənim yazdığım sözləri ürəyi istəyənə yaysın. Həmin mahnını sildirdim. Söz mənimdir, istəmirəm. Get başqa mahnı oxu” sözlərinə Kərimova “Rəngarəng” proqramında cavab verib.

“Belə xoşagəlməz halla heç üzləşməmişəm. Mahnı seçəndə çox diqqət etmək lazımdır: musiqi və sözlər kimindir. Diqqət etsən, belə halla üzləşməşsən. Bundan dərs çıxartdım. Mən sadəcə onu bilirəm ki, diqqət edilməlidir. Əsəb, gərginlik olmasın deyə edilməlidir. Mahnının bəstəkarı mənəm. Naziləni vatsapda “qara siyahı”ya atmışam. Düz də etmişəm”,- deyə müğənni bildirib .

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!