Əsas məzmuna keç

AZTU KOMANDASI “ZƏFƏR FESTİVALI”NIN 3-CÜ OLDU VƏ… -TƏBRİK!

Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Zəfər festivalı” idman yarışlarının qalib komandalarının təltifetmə mərasimi keçirilib.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən “Təzadlar”a bildirildi ki, futzal, stolüstü tennis, voleybol, basketbol, badminton və şahmat üzrə keçirilən yarışlarda Azərbaycanın 10 ali təhsil müəssisəsindən tələbələr iştirak edib. Azərbaycan Texniki Universitetinin (AzTU) şahmat komandası “Zəfər festivalı”nda üçüncü yerə layiq görülüb. Fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunub. 

Qalibləri ürəkdən təbrik edirik!

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…