Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moldovannın ilk qadın prezidenti Maya Sandu, bu məsələ ilə bağlı referendum keçiriləcəyi təqdirdə ölkəsinin Avropa Birliyi və NATO üzvü olan Rumıniya ilə birləşməsinə səs verəcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı 11 yanvarda yayımlanan Britaniya podkastı The Rest is Politics-ə verdiyi müsahibədə verib.
“Əgər referendum olsaydı, Rumıniyaya qoşulmağa səs verərdim… Moldova ətrafında baş verənlərə baxın. Dünyada baş verənlərə baxın. Moldova kimi kiçik bir ölkənin demokratiya, suveren dövlət kimi yaşaması və Rusiyaya qarşı durması getdikcə çətinləşir”, – Sandu deyib.
Reuters-in məlumatına görə, Moldovanın 2,4 milyon sakininin təxminən 1,5 milyonu Rumıniya vətəndaşlığına malikdir. Lakin sorğular göstərir ki, ölkə əhalisinin yalnız üçdə biri iki ölkənin birləşməsi ideyasını dəstəkləyir. Sandu əksər moldovalıların onun mövqeyini dəstəkləmədiyini etiraf edərək əlavə edib ki, AB-yə inteqrasiya daha real məqsəddir.
Agentlik yazır ki, Sandu hökuməti 2030-cu ilə qədər AB-yə qoşulmağı hədəfləyir, lakin bunun üçün Rusiyanın etirazı fonunda mürəkkəb islahatlar həyata keçirilməlidir.
Qeyd edək ki, Moldova 1918-ci ildən 1940-cı ildə SSRİ tərəfindən ilhaq edilənə qədər Rumıniya Krallığının tərkibində olub. Moldova digər sosialist respublikaları kimi 1991-ci ildə müstəqilliyini elan edib.
https://www.youtube.com/watch?v=bYQlvaHHvIg&t=462s
JASMİN