Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

14.01.2026-ci il tarixində saat 12:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
“Hadisə yerində xəsarət alan 3 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”,- məlumatda bildirilib.
Qeyd edək ki, yerli KİV-lərdə bu gün Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza barədə məlumatlar yayılıb. Hadisənin yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alındığı bildirilir.