Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəsimi Nəbizadənin mərkəzdən qaçdığını deyərək axtarış aparan “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi başlanılıb.
Tezadlar.az xəbər verir ki, Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi Sumqayıt şəhərində fəaliyyət göstərir. Mərkəzin rəhbəri Ceyhun Salmanovdur.

Reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.
Əlavə edək ki, 2024-cü ildə “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə cərimələnib.