Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Yanvar 2026 / 19:59

Demçenko: Standart vəziyyətlərdə uduzduq

Hava şəraiti və stadionun vəziyyəti “İmişli” ilə matçda “Araz-Naxçıvan”ın yaxşı oynamasına imkan verməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko mətbuat konfransında bildirib.

Ukraynalı mütəxəssis Misli Premyer Liqasının XVII turunda 2:2 hesabı ilə başa çatan görüş haqqında fikirlərini bölüşüb:

“Hava şəraiti və stadionun vəziyyəti yaxşı oynamağa imkan vermədi. Rəqib standart vəziyyətdən 2 qol vurdu. Çalışırdıq ki, oyuna nəzarəti özümüzdə saxlayaq, qollar vuraq. Futbolun yazılmayan qanunu var: vurmayana vurarlar. Hazırda əlimizdə olan futbolçuların gücündən maksimum istifadə etməyə çalışırıq. Heyəti quran zaman legioner və ya yerli seçimi yox, kim hazırdırsa, daha yaxşı vəziyyətdədirsə, ona oynamaq şansı yaradırıq”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!