27 Yanvar 2026 / 17:33

Qızda fərasətə bax: evdən 51 min manat oğurladı, amma…

Qohum da gərək etibar edilən qohumuna etibarlı ola, əmanətə xəyanət etməyə… Tezadlar.az xatırladır ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində evdən 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.  Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ev sahibi polisə müraciət edərək yaşadığı evdən oğurluğun naməlum şəraitdə baş verdiyini bildirib. Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!