Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
Yanvarın 27-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silah, 22 tüfəng, 2 patron darağı, 76 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silah və sursatın könüllü şəkildə təhvil verilməsi hüquqi məsuliyyət risklərinin qarşısının alınmasına xidmət edir.