Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

MİDA yaşayış kompleksində parklanma problemi yaşanır.
Tezadlar.az-ın məlumatına görə, binanın həyəti avtomobil alveri ilə məşğul olan şəxslər tərəfindən zəbt olunub.
Sakinlər bildirir ki, işdən evə qayıdarkən şəxsi avtomobillərini saxlamaq üçün yer tapmaq mümkün olmur. Nəticədə sakinlər avtomobillərini yol kənarında saxlamağa məcbur qalır.
“Hər şey etik qaydada olmalıdır. Biz bina sakinləri yer tapa bilmirik. Çindən, ordan-burdan maşın gətirib parkinq kimi istifadə edirlər. Buna heç bir aidiyyatı qurum əncam qılmır. Mən gəlmişəm işdən evə, maşını saxlamağa yer yoxdu”,- deyə qeyd ediblər.
Şikayətçilərin sözlərinə görə, problem dəfələrlə mediada işıqlandırılsa da, problem həllini tapmayıb.