Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Fevral 2026 / 13:29

ABŞ-ın İrana qarşı hər hansı bir təcavüzü regional münaqişəyə çevriləcək – Xamenei

İslam Respublikasının Ali Lideri qeyd edib ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə külli miqdarda silah ötürülməsi ilə bağlı açıqlamalarından qorxmamalıdır

ABŞ-ın İrana qarşı hərbi təcavüzü iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, əksinə, tammiqyaslı regional münaqişəyə çevriləcək.

Tezadlar.az xəbər verir ki, bunu Ali Rəhbər Əli Xamenei bildirib.

“Amerikalılar bilməlidirlər ki, əgər müharibəyə başlasalar, bu dəfə regional müharibə olacaq”, – deyə Tasnim xəbər agentliyi onun sözlərini sitat gətirib.

Xamenei əlavə edib ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə külli miqdarda silah ötürülməsi ilə bağlı açıqlamalarından qorxmamalıdır.

“Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək istəmirik, amma İran xalqı hücum edən və zərər verən hər kəsi qətiyyətlə dəf edəcək”, – deyə İran lideri vurğulayıb.

26 yanvarda prezident Tramp “nəhəng bir armada”nın İrana doğru irəlilədiyini elan etdi. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan “ədalətli və bərabər” bir razılaşmaya gələcəyinə ümid etdiyini bildirdi. Amerika lideri ötən ilin iyun ayında ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə “Gecəyarısı Çəkic Əməliyyatı” adlandırılan hücumu xatırlatdı. O, “növbəti hücumun daha da pis olacağı” barədə xəbərdarlıq edərək “bunun baş verməsinə imkan verməyin” çağırışını etdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!