Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Strateji Planlaşdırma və İslahatlar Agentliyinin rəhbəri Aset İrqaliyevi özünə müşavir təyin edib.
Bu barədə Tezadlar.az Qazaxıstan Prezidentinin saytına istinadən xəbər verir.
“Dövlət başçısının fərmanı ilə Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri Aset İrqaliyev Qazaxıstan Prezidentinin müşaviri təyin edilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, ötən ilin fevral ayından etibarən A.İrqaliyev Qazaxıstanın Strateji Planlaşdırma və İslahatlar Agentliyinin rəhbəri vəzifəsini tutur.